Naxçıvanda dönərdən 17 nəfər zəhərlənib

09.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 9 iyun, AZƏRTAC

"Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi" Publik Hüquqi Şəxsdən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə məlumat daxil olub.

Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью