Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub

06.09.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralında qeydə alınıb.

Qəza zamanı "Hyundai", "KIA", "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində Gülər Bayramova və Fidan Abdullazadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью