Naxçıvanda dövlət əmlakı olan 4 nəqliyyat vasitəsi özəlləşdirilib AZƏRTAC

17.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 17 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətində baş tutan hərrac prosesində 4 nəqliyyat vasitəsi üçün 5 sifariş qəbul olunub.

Hərracda iştirak edən 3 sifarişçi hərracın qalibi olub, 1 nəqliyyat vasitəsi üçün sifariş olmadığından hərrac baş tutmamış hesab edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью