Naxçıvanda duz istehsalı dayandırıldı

24.10.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırma dayandırılıb.

Bu barədə "Unikal"a nazirlikdən bildirilib.

Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.

Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью