Naxçıvanda ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib

19.11.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi “22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə ağacəkmə aksiyası həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, Naxçıvan-Şərur magistralının yolun 15-ci kilometrliyində, yolun sol tərəfində müəyyən edilimiş ərazidə keçirilən aksiyada nazirliyin aparatının, Penitensiar Xidmətin və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları müxtəlif növ ağac tinglərini əkərək suvarıb, onlara aqrotexniki qulluq göstəriblər. 

Qeyd edək ki, aksiyanın məqsədi ekoloji maarifləndirməni artırmaq, ətraf mühitin qorunmasına dəstək və ərazidə yaşıllıqların genişləndirilməsinə töhfə verməkdir.

Səbuhi HƏSƏNOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью