Naxçıvanda əhali artıb

15.01.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə Modern.az-a Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 1 dekabr 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 0,3 faiz artaraq 472,4 min nəfər olub.

Qeyd edək ki, 1 yanvar 2024-cü il tarixə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artaraq 468 566 nəfər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью