Naxçıvanda əhaliyə xəbərdarlıq edildi KONKRET

10.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədər açılacaq.

Bu səbəbdən, dekabrın 11-i saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью