Naxçıvanda etiraz: sahibkarlar buna görə dükanlarını bağladı VİDEO

29.01.2026

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanın “57-nin bazarı”nda heç bir dükan açılmayıb.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Heydər Oğuz sahibkarların aylıq ödənişlərin artırılmasına etiraz olaraq tətil elan etdiklərini bildirib.

İddialara görə, əvvəl 300 manat olan ödənişə vergi və sosial müdafiə haqları daxil idi. Yeni qaydaya əsasən, 300 manat yalnız kirayə sayılsa da, vergi (60 manat) və sosial ödənişlər (16 manat) ayrıca tələb olunur. Nəticədə sahibkarların aylıq xərci təxminən 100 manat artıb.

Şikayətlərini Ali Məclisə çatdırsalar da, dinlənilmədiklərini bildirən sahibkarlar əlavə ödənişlər ləğv olunana qədər dükanları açmamağa qərar veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью