Naxçıvanda hamı üçün idman

08.12.2024

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan şəhərində 8 yerdə açıq hava idman qurğuları quraşdırılır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, artıq quraşdırma işi tamamlanan 5 idman meydançası əhalinin istifadəsinə verilib.

Bu münasibətlə dekabrın 7-si təqdimat tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov dövlət proqramı çərçivəsində həyata keçirilən sosial layihənin əhəmiyyəti barədə danışıb, qurğuların quraşdırılması ilə bağlı məlumatları diqqətə çatdırıb.

Qeyd edək ki, yeni idman meydançaları Heydər Əliyev prospekti, Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi (2 yer) və Əlincə məhəlləsində yerləşir. Şəhərin daha 3 ərazisində quraşdırma işləri yekun mərhələdədir və qarşıdakı günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью