Naxçıvanda HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verilib

29.08.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 29 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzi ilk dəfə olaraq tüpürcək testləri vasitəsilə HİV infeksiyasının ilkin aşkarlanması prosesinə start verib.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu metod ənənəvi qan testlərindən fərqli olaraq daha rahat, təhlükəsiz və sürətli nəticə əldə etməyə imkan verir.

İlkin mərhələdə sözügedən testlər Naxçıvan Muxtar Respublikası Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində stasionar müalicə alan pasiyentlər arasında həyata keçirilib. Bu addım həm pasiyentlərin sağlamlıq durumunun vaxtında qiymətləndirilməsinə, həm də risk qruplarında HİV infeksiyasının erkən aşkarlanmasına xidmət edir.

QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü çərçivəsində icra edilən bu yeni yanaşma gələcəkdə digər tibb müəssisələrində də tətbiq ediləcək və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addım olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью