Naxçıvanda Hüseyn Cavidin məqbərəsi bərpa olunacaq

26.01.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavid Məqbərəsində bərpa konservasiya işlərinin aparılmasına başlanılır.

KONKRET.az xəbər verir ki, iqtisadiyyat.az bu barədə muxtar respublikasının Mədəniyyət Nazirliyindən məlumat əldə edib.

Belə ki, razılaşmaya əsasən, bərpa işlərinin layihə-smeta sənədlərini “Bimd” şirkəti hazırlayacaq.

Bununla bağlı bağlanılmış müqaviləyə uyğun olaraq təkcə layihə-smeta sənədlərinin hazırlanmasına 36,2 min manat sərf olunacaq.

Qeyd edək ki, Naxçıvan şəhərində böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin məqbərəsi 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib.

Abidənin layihəsinin müəllifi əməkdar memar Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Cümhuriyyətinin “Start” inşaat şirkəti tərəfindən inşa edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью