Naxçıvanda I rübdə sahibkarlara 7 lisenziya verilib

10.04.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin I rübü ərzində özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1 991 icazə reyestrdə qeydiyyata alınıb.

Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью