Naxçıvanda I rübdə yük və sərnişin daşınması 1% artıb

17.04.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 1 milyon 650 min ton yük, 11 milyon 192 min 200 sərnişin daşınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə yük daşınması 1,1 %, sərnişin daşınması isə 1 % artıb.

Bundan başqa, bu ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 % artaraq 9 milyon 173 min 600 manat olub. Xidmətlərin 46,3 %-i mobil telefon rabitəsi sahəsində formalaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью