Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 8 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 2,2 milyon manatdan çox olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 11,1 faiz artıb və 15 milyon manatdan artıq təşkil edib.