Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 5 faiz artıb

14.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 14 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu istiqamətdə daxilolmalar 1,5 milyon manata yaxın olub.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2024-cü ilin eyni dövrünə nisbətən 5 faiz artıb və 9,9 milyon manat olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью