Naxçıvanda iftar məclisi

08.03.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən “Naxçıvan saray”da müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

Məclisdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhid ailələri üzvləri və qazilər iştirak ediblər.

Dövlət müstəqillimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş  şəhidlərin xatirəsi ehtiramla yad edildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunub, dualar səslənib.

İftar süfrəsini Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Türkiyənin Naxçıvandakı Baş Konsulluğu təşkil edib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью