Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Babək rayonunda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çeşməbasar kənd ərazisində qeydə alınıb.
77-YA-725 dövlət nömrə nişanlı "Changan" və 69-TA-153 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Ordubad rayon Vənənd kənd sakinləri - 1960-cı il təvəllüdlü Qafarov Əli Zeynalabdin oğlu, 1963-cü il təvəllüdlü Muxtarova Şahnaz Vəli qızı, 1977-ci il təvəllüdlü Muxtarov Nadir Vaqif oğlu və rayonun Anaqut kənd sakini, 1983-cü il təvəllüdlü Ağayeva Kifayət Cəbrayıl qızı xəsarət alıblar.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.