Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Naxçıvanın Kəngərli rayonunda iki qadın bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, bıçaqlanma hadisəsi rayonun Qarabağlar kəndində qeydə alınıb.
Belə ki, rayon sakini 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızı və bacısı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızına bıçaqla xəsarət yetirilib. Bacılar xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə Adilə Ağayevanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı