Naxçıvanda iki maşın toqquşdu Biri dərəyə aşdı

18.08.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

Lent.az zəbər verir ki, hadisə Şəkərabad yolu ərazisində baş verib.

Qəza zamanı "VAZ 2106" markalı avtomobillə "Lifan" markalı avtomobil toqquşub.

Bir nəfərin xəsarət aldığı qəzada "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью