Naxçıvanda iki Türkiyə vətəndaşı əfv olundu

23.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Naxçıvanda da icra olunub.

XQ xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Türkiyə vətəndaşları Demir Mehmet və Özdemir Salih azadlığa buraxılıblar.

Sərəncamın icrası dərhal təmin edilib və hər iki məhkum sentyabrın 23-dən etibarən azadlığa çıxıb. Ümumilikdə, Prezidentin əfv sərəncamı 20 nəfərə şamil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью