Naxçıvanda ilin ilk körpələri əkiz olub

01.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.

"Report"un yerli bürosunun məlumatına görə, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub.

Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib.

38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.

Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью