Naxçıvanda ilk dəfə tam yedəkli texnoloji infrastruktur qurulacaq nazir müavini | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Naxçıvanda ilk dəfə tam yedəkli texnoloji infrastruktur qurulacaq.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasınının rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Rahid Ələkbərov deyib.
"Naxçıvanda bir müddət əvvələ kimi bəzi kəndlərdə internet yox idi.
Lakin hazırda bütün Naxçıvan əhalisinin internetə əlçatanlığını təmin etmişik. İnfrastrukturun yenilənməsi istiqamətində işlər aparılır.
Yaşayış ərazilərinin dayanıqlı internet xidmətləri ilə təmin edilməsi istiqamətində işlər aparılır.
Bu ilin doqquz ayı ərzində Zəngəzur dəhlizi boyunca 350 km-ə yaxın fiber-optik magistral tikilmişdir.
Bu magistral Türkiyə sərhədindən başlamaqla Naxçıvan, Şahbuz, Ordubad istiqamətində uzanır.
Hər üç istiqamətdə apaılan işlərin payız-qış mövsümündən öncə yekunlaşdırılması hədəflənmişdir və dağlıq ərazilərdə aparılan işlərin yekunlaşdırılmasına nail olmuşuq.
Tam oxu
Xəbəri oxu