Naxçıvanda intihara cəhdin qarşısı alındı VİDEO

19.05.2025

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfər yüksəkliyə çıxaraq intihar etmək istəməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. 

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticəsində intihara cəhd edən vətəndaş xilas edilib və yüksəklikdən endirilərək aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью