Naxçıvanda işə düzəltmək vədi ilə 12 min manatlıq dələduzluq edilib

17.02.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Naxçıvanda işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə APA-ya Naxçıvan DİN-dən xəbər verilib. Qeyd olunub ki, Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verib. Bu yolla o, vətəndaşlardan ümumilikdə 12 000 manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

"Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", nazirlikdən bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью