Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 yanvar, AZƏRTAC Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2024-cü il ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 404,5 milyon manat təşkil edib.
Bu da 2023-cü illə müqayisədə 164,5 milyon manat və ya 1,7 dəfə çoxdur.Qeyd edək ki, indiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.
2024-cü ildə istehlakçılara qaytarılan məbləğ əvəlki ilə nisbətən 68 faiz artaraq 1,4 milyon manatdan çox olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.