Naxçıvanda ixrac məqsədi ilə verilən mənşə sertifikatlarının sayı 22 faiz artıb AZƏRTAC

10.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 10 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 2024-cü ildə 360 mənşə sertifikatı verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu 2023-cü illə müqayisədə 21,6 faiz çoxdur.

2024-cü ildə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü illə müqayisədə 3,6 dəfə artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью