Naxçıvanda ixrac potensialı artıb

14.11.2025

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sahibkarları beynəlxalq bazarlarda fəal iştiraklarını davam etdiriblər.

Hesabat dövründə ixrac imkanlarını genişləndirmək və yerli məhsulların tanıdılmasını təmin etmək məqsədilə sahibkarlar 7-si biznes-forum, 6-sı sərgi və 1-i konfrans olmaqla ümumilikdə 14 beynəlxalq tədbirdə iştirak edib.

Bu tədbirlərdə meyvə şirələri, peçenye, vafli, tütün məmulatları, panel radiator, mebel, sement, daş, əhəng, gips, elektrod, sintetik əsaslı boyalar və uşaq bezi kimi 35-dən çox yerli məhsul nümayiş etdirilib. 

2025-ci ilin yanvar–sentyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 10,3 milyon ABŞ dolları olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artım deməkdir. Cari ildə Naxçıvan məhsulları qonşu ölkələrlə yanaşı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmərlikləri və İraq bazarlarına çıxarılmış, həmçinin Tacikistan, Suriya və Fələstin kimi yeni ixrac istiqamətləri formalaşdırılıb.

Naxçıvandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 29,2 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti muxtar respublikadan ixrac olunan mallara 411 mənşə sertifikatı verib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz artıb.

Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 317 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 86 ədəd və “A” forma mənşə sertifikatı 8 ədəd təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью