Naxçıvanda kafedə yanğın baş verib KONKRET

04.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Naxçıvan şəhərində kafedə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti bina 7 ünvanında qeydə alınıb. Belə ki, binada yerləşən kafelərin birində yanğın başlayıb. Yanğın yerinə Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb. Bina sakinləri polis əməkdaşları tərəfindən təxliyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью