Naxçıvanda keçirilən buraxılış imtahanında 4 minə yaxın şagird iştirak edib FOTOLAR

09.03.2025

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da bütün ümumi təhsil müəssisələrinin 11-ci sinfini bitirən şagirdləri üçün buraxılış imtahanı keçirib. Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, imtahan Naxçıvanın bütün bölgələrini əhatə etməklə 17 binada keçirilib. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

İmtahanda ümumilikdə 3 min 978 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 52 imtahan rəhbəri, 407 nəzarətçi cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью