Naxçıvanda kənd təsərrüfatı istehsalı 1 % artıb

16.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 326,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

O cümlədən, son 1 ildə muxtar respublikada istehsal olunan bitkiçilik məhsullarının ümumi dəyəri 1,2 % artaraq 179 milyon manat, heyvandarlıq məhsullarının ümumi dəyəri isə 1,1 % artaraq 147,4 milyon manat olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью