Naxçıvanda kənd təsərrüfatı istehsalı 1 %dən çox artıb

18.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 304 milyon 608 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika komitəsindən "Report"un yerli bürosuna məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 %, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,7 %, heyvandarlıq məhsulları istehsalı 1,2 % artıb.

Bunun da 177 milyon 20 min 900 manatı bitkiçilik sahəsi üzrə, 127 milyon 587 min 700 manatı isə heyvandarlıq sahəsi üzrə olub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью