Naxçıvanda kənd təsərrüfatı istehsalı cüzi artıb

16.02.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 9,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.

Ötən il muxtar respublikada istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 9,6 milyon manat təşkil edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью