Naxçıvanda “Kiber suverenlik” konfransı keçirilir

21.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 21 may, AZƏRTAC

Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərəfdaşlığı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və "Şərq qapısı" qəzetinin media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber suverenlik” konfransı keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın təşkil edilməsində məqsəd ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə kiber suverenlik mövzusunda müzakirələrin aparılmasıdır.

150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiyyətin nümayəndələri, aparıcı İT şirkətlərinin rəhbər vəzifəli şəxsləri və tanınmış yerli ekspertlər iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью