Naxçıvanda kikboks üzrə döyüş gecəsi keçiriləcək

30.08.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 30 avqust, AZƏRTAC

Avqustun 31-i Naxçıvan şəhərində kikboks üzrə “Levent Bulut Fight Night – Nakhchivan” turniri keçiriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası və “Ləvənt Bulut – Naxçıvan” döyüş klubunun birgə təşkilatçılığı ilə reallaşacaq yarışda 100-dən çox idmançı qələbə uğrunda mübarizə aparacaq.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, avqustun 30-u yarışın keçiriləcəyi İlham Əliyev adına Olimpiya İdman Kompleksində idmançıların çəki və “Face to face” mərasimi olub.

Qeyd edək ki, yarış səhər saatlarında start götürəcək, rəsmi açılış mərasimi isə 19:00-a nəzərdə tutulub. Mərasimin ardınca gecənin böyük maraq doğuran döyüşləri keçiriləcək.

Döyüşlərin sonunda mükafat kimi kubok, medal, diplom və kəmər təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью