Naxçıvanda konsert və atəşfəşanlıq olub

10.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Naxçıvan Kitab Festivalı davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində mayın 10-da Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivlərinin, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun iştirakı ilə konsert proqramı keçirilib. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub.

Qeyd edək ki, konsert proqramı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью