Naxçıvanda lentə alınmış “Nuhun izi ilə” filminin Stokholmda premyerası olub | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. İsveçin paytaxtı Stokholmda tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Zəfər Gününə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.
“Nuhun izi ilə” filmi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvanda lentə alınıb.
Sənədli film, əfsanəyə görə, gəmisi Gəmiqaya dağına gəlmiş Nuh peyğəmbərə gedib çıxan Naxçıvanın qədim tarixindən bəhs edir.
Filmdə, həmçinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim memarlıq abidələri və rəqslərdən, Naxçıvanın musiqi alətlərindən və görkəmli şəxsiyyətlərindən söz açılır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov qeyd edib ki, Azərbaycan xalqı iki mühüm hadisəni - ölkənin ərazi bütövlüyünün bərpasının dördüncü ildönümünü və Naxçıvan Muxtar Respublikasının 100 illiyini qeyd edir.
“Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan Zəfər yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasına imkan verəcək.
Bu gün Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxındır.
Tam oxu
Xəbəri oxu