Naxçıvanda liqalara yekun vurulub

21.04.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 7 yaş qrupu – U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqaları -  üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, aprelin 2-də başlayan yarış 17 gün davam edib.

Əvvəlcədən məlumat verildiyi kimi, ancaq U-13, U-14, U-15 və U-16 liqalarının qalibi Bakıda təşkil olunacaq Azərbaycan çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqdı. Yekunda “Araz-Naxçıvan”ın U-13, U-14 və U-15 komandaları bu hüquqa sahib olub. U-16 Liqasında isə UGİM Şərur qrup qalibi kimi pley-off-a adını yazdırıb. 

Məlumat üçün qeyd edək ki, yarışlarda ümumilikdə 42 komanda iştirak edib. Beş müxtəlif stadionda 128 oyun keçirilib. Görüşləri Naxçıvan Müxtar Republikasından olan hakimlər idarə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью