Naxçıvanda maşın piyadanı vurdu FOTO

02.02.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Əliabad qəsəbəsi ərazisindəki magistral yolda baş verib.

75-BF-034 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimli Saday Musa oğlunu vurub.

Ağır bədən xəsarətləri alan S.Kərimli Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью