Naxçıvanda maşın piyadanı vurub, daha sonra binaya çırpıldı

06.11.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

75-BB-542 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub, daha sonra binaya çırpılıb.

Qəza zamanı Naxçıvan şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynova Yasəmən Xaliq qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(unikal)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью