Naxçıvanda maşın yolu keçən qadını vurdu

25.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub.

Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью