Naxçıvanda maşında baş verən yanğın söndürülüb FOTO

17.05.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində minik avtomobildə yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqdər dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью