Naxçıvanda məktəblərdə vakant direktor vəzifəsinə namizədlər üçün müsahibə keçirilib AZƏRTAC

16.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın müvafiq bəndinə uyğun olaraq, nazirliyin tabeliyindəki şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə vakant direktor vəzifəsi üçün müsabiqənin müsahibə mərhələsi təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsahibə mərhələsində 6 oktyabr 2024-cü il tarixində Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün keçirilən test imtahanında uğur qazanan 12 namizəddən 10-u iştirak edib. Müsahibədə video-çəkiliş təmin olunub. Namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və liderlik keyfiyyətləri ümumi 5 ballıq şkala əsasında qiymətləndirilib.

Qeyd edək ki, 3 və daha çox bal toplamış namizədlərdən ən yüksək nəticə göstərən vəzifəyə təyin olunacaq. Keçid balını toplamış və vəzifəyə təyin olunmayan namizədlər isə ehtiyat kadrlar siyahısına daxil ediləcək.

Müsabiqəyə 4 direktor vəzifəsi çıxarılıb. Müsabiqənin müsahibə mərhələsinin nəticələri haqqında məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью