Naxçıvanda müəllim dərs zamanı öldü

05.10.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvanda müəllim məktəbdə vəfat edib.

Oxu.Az xəbər verir ki, hadisə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş verib.

Orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, 21 illik pedaqoji təcrübəyə malik Nailə Kamil qızı Budaqova dərs zamanı qəfil halı pisləşərək yıxılıb.

İlkin ehtimala görə, müəllimin beyninə qan sızıb. Hadisə yerinə çağırılan tibbi yardımın səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью