Naxçıvanda müəllim qəzadan 5 ay sonra öldü

09.09.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Əsmər Baxşəli qızı Tağıyeva vəfat edib.

Oxu.Az xəbər verir ki, o, martın 20-də Ordubad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki azyaşlı övladı olan müəllim beş ay müddətində Reanimasiya şöbəsində müalicə olunub, lakin həkimlərin səyinə baxmayaraq, həyatını itirib.

Qeyd edək ki, Əsmər Tağıyeva 1989-cu ildə Şahbuz rayonunda dünyaya gəlib. O, 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək həmin ildən Sabirkənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью