Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 26 uşaq musiqi və incəsənət məktəbində yeni tədris ilinə start verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu tədris ilində 651 uşaq birinci sinif olmaqla, ümumilikdə, 4455 şagird musiqi məktəblərində tədrisə başlayır.
Qeyd edək ki, musiqi təhsili müəssisələrində 963 müəllim tərəfindən 17 ixtisas üzrə tədris aparılacaq.
Müxbir- Nail Əsgərov