Naxçıvanda nağdsız ödənişlər təxminən 53 % artıb

06.06.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi 119,731 milyon manat təşkil edib.

"Cebheinfo.az" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 % çoxdur.

Hesabat dövründə Naxçıvanda ödəniş kartlarının sayı 0,6 % artaraq 304 595-ə çatıb.

Bu il aprelin sonuna muxtar respublikada 2 990 POS-terminal, 97 bankomat və 364 ödəniş terminalı olub ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,6 % çox, 25,4 % az və 30 % çoxdur.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью