Naxçıvanda “Niva” yandı

20.03.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Naxçıvanda avtomobil yanıb.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, 112” qaynar telefon xəttinə Babək rayon Sirab kəndində "Niva" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью