Naxçıvanda ordu bömələri Həyəcan siqnalı ilə təlimə çıxarılıb | Icma.az
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əlahiddə Ümumqoşun Ordunun 2025-ci il üçün hazırlıq planına uyğun olaraq, komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.
Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.
Paylaş Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu