Naxçıvanda orta aylıq əməkhaqqı 835 manat təşkil edib

15.05.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 835 manat təşkil edib. 

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

Xatırladaq ki, 3 ayda Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 152 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью