Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasında qızıl və mis yataqlarının sənaye istismarına cəlb edilməsi 2027–2030-cu illər üzrə Dövlət Proqramının əsas istiqamətlərindən biridir.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Proqrama görə, Ortakənd qızıl yatağı üzrə TİƏ yekunlaşdırılacaq və yekun investisiya qərarı veriləcək.
Daha sonra emal müəssisəsinin tikintisinə başlanılması və nəticədə Ortakənd yatağında hasilatın təşkil edilməsi nəzərdə tutulur. Digər prioritet yataqlar üzrə də ilkin qiymətləndirmələr və yekun investisiya qərarlarının hazırlanması planlaşdırılır.
Bu addımlar Naxçıvanın qızıl və mis ehtiyatlarının ölkənin mineral-xammal bazasına daha geniş inteqrasiyasını nəzərdə tutur.